Hotel Institute Montreux

Hotel Institute Montreux

Əlaqə

1984-cü ildə əsası qoyulmuş Hotel Institute Montreux (HIM) İsveçrənin Montrö şəhərində yerləşir. Bu universitet, qonaqpərvərlik sənayesində, eləcə də digər bu kimi ixtisaslar üzrə karyera qurmaq istəyən tələbələr üçün ən uyğun təhsil müəssisələrindən biridir. HIM şəhərin mərkəzində, Cenevrə gölünün sahilində yerləşir. Təhsil müəssisəsi məşhur İsveçrə peşəkarlığı ilə müasir Amerika biznes təcrübəsini birləşdirərək ən yüksək akademik standartları özündə ehtiva edir. Bu unikal ahəng məzunlara həm qonaqpərvərlik, həm də biznes dünyasında işləməyə və yüksək səviyyəli mövqelərə nail olamağa imkan verir. Məzun olduqdan sonra tələbələr bu sektorlarda üfüqlərini genişləndirmək üçün maliyyə, marketinq və insan resursları üzrə bir sıra istiqamətdə ixtisaslaşa bilərlər. Bunlarla yanaşı məzunların bir və ya bir neçə xarici dil öyrənmək imkanı da var. Məzunların 70%-dən çoxu məzun olduqdan sonra müxtəlif iş təklifləri alır və hazırda bir çoxları dünyanın ən böyük otel şəbəkələrində çalışırlar. HIM 25 ildən artıqdır ki, ölkənin ən yaxşı qonaqpərvərlik idarəçiliyi məktəblərindən biri kimi xidmət göstərir və QS Rankings tərəfindən dünya miqyasında ilk onluğa daxil edilmişdir.

Təhsil proqramları - Bakalavr

  • Maliyyə
  • Marketinq
  • İnsan resursları
  • Lüks biznes idarəçiliyi

Tələb olunan sənədlər:
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), tövsiyyə və motivasiya məktubu, ingilis dili sertifikatı ( IELTS və ya TOEFL)

Medium elvgf2nwmaehcfxHotel institute montreux

Hotel Institute Montreux

1984-cü ildə əsası qoyulan Hotel Institute Montreux Cenevrə gölünün sahillərində Montreux-un mərkəzindədir.
© 2020 SNG, All Rights Reserved.