University of Canberra

University of Canberra

Əlaqə

1968-ci ildə yaranmış University of Canberra universiteti Avstraliyanın paytaxtı Caberra şəhərində yerləşir. Canberra şəhəri bir paytaxt olaraq mədəni və müasir bir şəhərdir, eyni zamanda Lonely Planet tərəfindən 2018-ci ildə səyahət edilməli 3-cü ən yaxşı şəhər olaraq seçildi. Universitetin əsas missiyası tələbələri peşəkar və professional bir karyera qurmaq üçün kömək etməkdir, həmçinin universitetin dərəcəsi beynəlxalq səviyyədə tanınır. Avstraliyada UC- məzunlarının 89%-i digər universitetlərlə müqayisədə məşğulluq səviyyəsi daha yüksəkdir, bunun nəticəsində həmin məzunların ortalama başlanğıc əmək haqqları daha yüksək olur .
Tələbələr daha tez məzun olmaq üçün universitet daxilində tədris olunan Yay-Qış proqramlarından faydalana bilərlər. 2017-ci ildə Times Higher Education (THE) tərəfindən 100 ən yaxşı gənc universitet arasına daxil olmağı bacarmışdır. UC QS World University Ranking 2019-da TOP601-605-ci sırada yer almışdır. Times Higher Education World University Rankings 2017-2018 tərəfindən isə 351-ci sıraya layiq görülmüşdür. Universitetdə bakalavr, magistr və doktorantura proqramları tədris olunur.

Təhsil proqramları :

  • Biznes və Menecment
  • Maliyyə və İqtisadiyyat
  • Sosial Elmlər
  • Memarlıq
  • Hüquq
  • Biologiya və İdman Elmləri
  • Kompyuter Elmləri
  • İncəsənət və Dizayn
  • Tarix və Fəlsəfə

Tələb olunan sənədlər :
Pasport, diplom və ya attestat (tərcümə və notarial təsdiq), CV, tövsiyyə və motivasiya məktubu, dil sertifikatı ( IELTS və ya TOEFL)

Medium anu medical school 1600University of canberra

University of Canberra

Əsası 1968-ci ildə qoyulan Canberra universiteti beynəlxalq səviyyədə tanınan bakalavr, magistr və doktorantura proqramları təklif edir
© 2020 SNG, All Rights Reserved.