ABŞ-da tam ödənişli 3 aylıq “Hüquq Təcrübə Proqramı”

27 Aprel 2024

ABŞ-da tam ödənişli 3 aylıq “Hüquq Təcrübə Proqramı”

Əlaqə

Dünya Bankının “Hüquq Təcrübə Proqramı” Vaşinqtonda, Dünya Bankının “Baş Qərargahı”-da ildə üç dəfə olmaqla maksimum üç ay müddətinə həyata keçirilir.

Son tarix 30 aprel 2024-cü ildir.

Dünya Bankının “Hüquq Vitse-Prezidentliyi” yüksək motivasiyalı hüquq tələbələrinə Dünya Bankının və “Hüquq Vitse-Prezidentliyi”-nin missiyası və işi ilə tanış olmaq imkanı təklif edir. Dünya Bankının hüquq üzrə təcrübə proqramı fərdlərə Dünya Bankının gündəlik işinə yeni perspektivlər, innovativ ideyalar və ən son tədqiqat təcrübələri gətirməyə və multikultural mühitdə işləyərkən hüquqi bacarıqlarını təkmilləşdirməyə imkan verir.

Təcrübə proqramına qəbul qazanmaq üçün əsas tələblər bunlardır:

  • Hüquq sahəsi üzrə bakalavr təhsili almaq
  • Yüksək ingilis dili göstəricisi
  • İkinci dil bilən namizədlərə üstünlük verilir. Bu dillərə ərəb, çin, fransız, rus və ya ispan daxildir.

Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biri olan Dünya Bankı dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edir.

Təcrübə proqramına müraciət prosesi zaman aşağıdakı sənədlər əsasdır:

  • CV
  • Motivasiya məktubu
  • Hüquq dərəcəsi
  • Tədqiqat sahəsi üzrə esse

Təcrübə proqramına seçildiyiniz təqdirdə viza, ümumi ödəniş və tibbi sığorta xərcləri qarşılanacaq. Dünya Bankının “Hüquq Təcrübə Proqramına” uğurla proqram başa vurduqdan sonra Dünya Bankında işlə təmin olunma vəd və ya zəmanəti təşkil etməsə də, tez zamanda iş tapmaq imkanınız olacaqdır.

StudyNet Group ABŞ-da təhsil, təqaüdlər, təcrübə proqramları, hazırlıq kursları və yay məktəbləri ilə bağlı bütün suallarınızı cavablamağa hazırdır. 10 ildən artıq təcrübəyə sahib peşəkar təhsil konsultantlarımız sizə təhsil yolunuzda ən yaxşı seçimləri etməyiniz üçün köməklik göstərəcəkdir.

© 2020 SNG, All Rights Reserved.