Avropada təhsil almaq üçün nələri bilməlisiniz?

03 Fevral 2024

Avropada təhsil almaq üçün nələri bilməlisiniz?

Əlaqə

İlk baxışdan dünyasəviyyəli markaların evi olan Milanda moda dizaynı ixtisasını öyrənmək, ya da Almaniyada mühəndislik elmi üzrə yüksək akademik təhsil almaq cəlbedici görünə bilər, lakin bu yola çıxmaq heç də asan deyil.

Studynet Group Avropada harada təhsil alacağınıza qərar verməyin 5 effektiv yolunu təqdim edir.

Təhsilin Keyfiyyəti
Ali təhsil müəssisəsi axtararkən hərtərəfli araşdırma apardığınızdan və ən yüksək səviyyəli universitetləri seçdiyinizdən əmin olun. Bunun üçün professional konsultasiya xidmətlərindən, eləcə də təhsil mütəxəssislərinin məsləhətlərindən yararlana bilərsiniz. 2023-cü ildə 78 ölkə arasında keçirilmiş sorğuya, əsasən, ABŞ, Böyük Britaniya, Almaniya, Kanada, Fransa, Yaponiya, İsveçrə, Avstraliya, İsveç və Danimarka ən yaxşı təhsil verən 10 ölkədir. “A+” akademik reputasiyaya malik universitetlərin digərlərindən daha yüksək təhsil haqları ola bilər, lakin onlardan əldə edəcəyiniz faydalar, şübhəsiz ki, daha çoxdur. Bundan əlavə, siz qismən və ya tam təqaüd qazana bilərsiniz.

Uyğun Proqram
Avropada harada təhsil alacağınızı seçməzdən əvvəl ixtisaslaşmaq istədiyiniz proqram üzrə hansı ölkələrin daha yaxşı təhsil verdiyini müəyyən edin. Ümumiyyətlə, tələbələrin əksəriyyəti tibb, hüquq, iqtisadiyyat və biznes sahəsində biliklər əldə etmək üçün Avropaya səfər edirlər. Məsələn, siyasət, iqtisadiyyat, tibb və farmakologiyanı öyrənmək istəyirsinizsə, Fransa və Böyük Britaniya ən yaxşı seçimdir. Mühəndislik və süni intellekt elmləri üzrə isə Niderland və Almaniya daha çox seçilən ölkələr arasındadır.

Təhsil haqqı və yaşayış dəyəri
Avropada təhsil almağı düşünürsünüzsə, xərcləyə biləcəyiniz pulun miqdarını müəyyənləşdirin. Avropada Birləşmiş Krallıq təhsil almaq üçün ən bahalı ölkədir. Böyük Britaniyada məktəb seçdiyiniz zaman təhsil haqqı və yaşayış xərcləri üçün hər il təxminən 30,000 GBP ayrılmalısınız. Almaniya, Macarıstan, Polşa büdcə cəhətdən beynəlxalq tələbələr üçün rahat və sərfəli hesab olunur.

Karyera imkanları
Məzun olduqdan sonra Avropada qalmaq və yaxşı karyera qurmaq istəyən tələbələr Almaniya, Irlandiya, Norveç, Estoniya, Belçika, Çexiya Respublikası, İspaniya, Portuqaliya, Niderland, Slovakiyaya müraciət edə bilərlər. Bu ölkələrdə sənaye və iş mühiti yüksək inkişaf edib, belə ki, iş vizası almaq mümkündür.

Beynəlxalq tələbələr
Xarici tələbələrin harada təhsil almaq istəməsinə təsir edən amillərdən biri ölkənin beynəlxalq tələbələrə münasibətidir. Beynəlxalq tələbələrin faiz nisbətinə görə, Avstriya, Böyük Britaniya və Niderland ilk sıralarda yer alır. Münhen, Montreal, Boston, Zürih, Soul, Sidney, Tokyo təhsil və yaşayış konteksində tələbələr üçün ən təhlükəsiz şəhərlər hesab olunur. Buna görə də, qərar verərkən, yeni gələnləri səmimi qarşılayan bir ölkə seçdiyinizə əmin olun.

Studynet Group Avropada təhsil yolunuzu işıqlandırmaq üçün təhsil, yaşayış və digər xidmətləri göstərməkdən məmnundur. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.