Dünyanın ən yaxşı tibb universitetləri: Harvard universiteti

27 Aprel 2024

Dünyanın ən yaxşı tibb universitetləri: Harvard universiteti

Əlaqə

Tibb universitetləri tibb, tibb bacısı, əczaçılıq, stomatologiya və ictimai səhiyyə kimi sahələrdə bakalavr, magistr dərəcələri və peşəkar sertifikatlar da daxil olmaqla müxtəlif proqramlar təklif edir.

Tibb universitetində oxumağın əsas üstünlüklərindən biri tələbələrin təcrübə və tədqiqat imkanları vasitəsilə əldə etdikləri praktikanı nəzəri bilikləri ilə birgə tətbiq edə bilməsidir.

Ən son dərc olunmuş “QS World University Rankings” siyahısına görə tibb təhsili almaq üçün ən yaxşı universitetləri təqdim edirik.

  • “Harvard” universiteti (ABŞ)
  • “Oxford” universiteti (Birləşmiş Krallıq)
  • “Stanford” universiteti (ABŞ)
  • “Johns Hopkins” universiteti (ABŞ)
  • “Camridge” universiteti (Birləşmiş Krallıq)
  • “University College London” (Birləşmiş Krallıq)
  • “Karolinska Institutet” (İsveç)
  • “Imperial College London” (Birləşmiş Krallıq)
  • “California” universiteti (ABŞ)

Dünyanın ən yaxşı tibb fakültələrindən 112-si ABŞ-da yerləşir, onlardan beşi dünyanın ilk onluğuna daxil olur. Harvard universiteti ardıcıl olaraq səkkizinci dəfədir ki, il üçün dünyanın ən yaxşı tibbi proqramını təklif edir, həmçinin, “Massachusetts Institute of Technology” (MIT) bu il ilk onluğa daxil olmasa da, qlobal tibbi tədqiqatlar üzrə liderdir.

“Harvard” universiteti aşağıdakılar da daxil olmaqla bir neçə tibb proqramı təklif edir:

  • “Harvard” tibb məktəbi
  • “Harvard T.H. Chan” ictimai sağlamlıq məktəbi
  • “Harvard” diş tibb məktəbi
  • “Harvard-MIT” sağlamlıq elmləri və texnologiyaları bölməsi
  • “Harvard” universitetinin tibb elmləri bölməsi

“Harvard” tibb məktəbinin tibb üzrə bakalavr proqramına qəbul olmaq üçün ərizəçilər aşağıdakı tələblərə cavab verməlidirlər:

Biologiya, kimya, fizika və riyaziyyat kurslarını əhatə edən tələb olunan həkimiliyə qədərki kurs işinin tamamlanması.

  • MCAT balı
  • Tövsiyə məktubu

Tibb sahəsində müvafiq klinik və ya tədqiqat təcrübəsi.

  • Motivasiya məktubu
  • Xarici dil biliyini təsdiq edən sənəd

Studynet Group tələbələrə ən yaxşı tibb təhsili əldə edə bilmələri üçün uyğun təhsil proqramının tapılması, viza prosesində dəstək və yaşayış yerinin tapılması kimi professional xidmətləri göstərməkdən məmnundur. Dünyanın ən yaxşı tibb təhsili verən universitetlərinə qəbul almaq bizimlə daha asandır.

© 2020 SNG, All Rights Reserved.