İspaniyada biznes təhsili: TOP 5 MBA Məktəbi

11 Fevral 2024

İspaniyada biznes təhsili: TOP 5 MBA Məktəbi

Əlaqə

İspaniya BMT-nin İnsan İnkişafı İndeksində 27-ci, Dünya Bankı tərəfindən adambaşına düşən ÜDM-ə görə 37-ci yerdədir.

Akademik prestijdən əlavə, İspaniya tələbələrə bugünkü rəqabətli iş bazarında inkişaf etmək üçün lazımi bilik və bacarıqlar təklif edən ideal təhsil ölkəsi kimi seçilir. İspaniyada iqtisadi fəaliyyətin əsas sahələrindən bəziləri avtomobil sənayesi, tibbi texnologiya, kimya, gəmiqayırma, turizm və tekstil sənayesidir.

İspaniyanın ən yaxşı biznes məktəbləri bunlardır:

ESADE Business School
Barselona şəhərində yerləşən ESADE Biznes Məktəbi “Financial Times MBA 2023” üzrə #30 yerdədir. ESADE Biznes Məktəbi dünyanın aparıcı biznes məktəblərinin akkreditasiya assosiasiyalarının nüfuzlu üçlü akkreditasiyasına malikdir: AACSB (The Association to Advance Collegiate Schools of Business), AMBA (The Association of MBAs) və EFMD (Avropa İdarəetmə İnkişafı Fondu). Biznes Məktəbində biznes ingiliscənizi mükəmməlləşdirmək, əlavə olaraq ispan, fransız və alman dillərini də dərəcə proqramınızın bir hissəsi kimi öyrənə bilmək imkanınız olacaq.

  • Marketinq menecmenti (MSc)
  • Dövlət idarəçiliyi (Executive Master)
  • Biznes analitikası (MSc)
  • Rəqəmsal marketinq (Master)
  • Beynəlxalq idarəetmə (MSc)

IE Business School
İspaniyanın ən yaxşı biznes məktəblərindən birində təhsilini davam etdirmək istəyən tələbələr “IE Business School” seçə bilər. Bu müəssisədə siz öyrənə, inkişaf edə, potensialınızı göstərə biləcəyiniz dinamik mühit tapacaqsınız. Madriddə yerləşən və AACSB, AMBA və EQUIS tərəfindən akkreditə olunmuş “IE Business School” biznes sahəsi üzrə peşəkar kadrlar hazırlamağı hədəfləyir.

  • Menecment (Master)
  • Maliyyə (Master)
  • Rəqəmsal Transformasiya & Innovativ Liderlik (Master)
  • Beynəlxalq Ticarət (Master)

IESE Business School
“IESE”-nin 15 biznes məktəbindən ibarət şəbəkə assosiasiyası, bundan əlavə, 25-dən çox biznes məktəbi ilə mübadilə tərəfdaşlığı var. Qısa mübadilə proqramları ilə maraqlananlar üçün “IESE” Nyu-York, Sau Paulo, Şanxay və Nayrobidə iki həftəlik uzunmüddətli təhsil seçimləri təklif edir. Biznes məktəbinin həm Barselona, həm də Madriddə kampusları mövcuddur.

  • Menecment (Master)
  • Biznes administrasiyası (MBA)
  • Menecment Araşdırmaları (Master)

EADA Business School
“EADA”-nın unikal metodologiyası müxtəlif biznes mühitlərində effektiv komanda üzvü və lider olmaq üçün bacarıq və inamı, həmçinin real dünyada ən son peşəkar təcrübəni tətbiq etmək üçün strateji perspektivləri təmin edir.
“EADA” biznes məktəbində təhsil almağın bir sıra üstünlükləri var:

  • 100-dən çox millətdən tələbə
  • Fərqli təqaüdlər
  • Unikal tədris metodologiyaları
  • Nəzəri və praktiki kurikulum
  • Semestrarası mübadilə proqramları “EADA Business School” menecment, biznesin idarə olunması, dayanıqlı biznes, turizm üzrə bakalavr və magistr dərəcələri təklif edir.

ESERP Business School
“ESERP” biznes məktəbi dünyanın müxtəlif nüfuzlu şirkətləri ilə müqavilələrə malikdir və bu yolla tələbələrə geniş imkanlar təqdim edir. Təhsil müəssisəsi hər dərəcə üzrə akademik proqramlar, eləcə də beynəlxalq tələbələrə ödənişsiz ispan dili dərsləri tədris edir.

  • Biznesin idarə edilməsi (Bakalavr)
  • Beynəlxalq biznes (Bakalavr)
  • Biznes və strateji idarəetmə (Master)
  • Biznesin idarə edilməsi (MBA)

Studynet Group ABŞ, Böyük Britaniya, Avropanın bir sıra biznes məktəbləri ilə sıx əməkdaşlıq edərək, hər il xaricə tələbə göndərir. Xaricdə təhsil imkanları ilə bağlı ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

© 2020 SNG, All Rights Reserved.