SBS Swiss Business School Studynet Group tələbələrinə xüsusi güzəştlər təklif edir!

11 Fevral 2024

SBS Swiss Business School Studynet Group tələbələrinə xüsusi güzəştlər təklif edir!

Əlaqə

SBS “CEO 2021” jurnalı tərəfindən onlayn MBA və icraçı MBA üzrə dünyada #3-dür.

“Swiss Business School” yeni Madrid kampusuna tələbə müraciətlərini qəbul edir. Beləliklə, Studynet Group tələbələrinə iki il bakalavr və bütün magistr təhsilləri boyunca təhsil haqqına güzəştlər təklif olunur. Bundan əlavə, tələbələr üçün müxtəlif təqaüd növləri də mövcuddur.

SBS, Britaniya Akkreditasiya Şurası tərəfindən müstəqil ali təhsil təşkilatı kimi, eləcə də IACBE, ACBSP, hər iki CHEA tərəfindən ikiqat akkreditə olunub. Bundan əlavə, SBS İsveçrənin ali təhsil üçün keyfiyyət təminatı sertifikatı olan “eduQua” tərəfindən də sertifikatlaşdırılmışdır.

Təhsil müəssisəsinin uyğun proqramları belədir:

  • Bakalavr Proqramı İxtisasları:
  • Beynəlxalq idarəetmə
  • Rəqəmsal marketinq
  • Biznes analitikası
  • Sahibkarlıq

Magistr Proqramı ixtisasları:

  • Beynəlxalq biznes
  • Biznes analitikası

SBS “Swiss Business School” 1998-ci ildə yaradılmış, İsveçrənin Sürix şəhərində yerləşən və Latviya, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Honq-Konq, Argentina, Hindistan, Myanma və İspaniyada kampusları olan özəl biznes məktəbidir.

Niyə SBS?
SBS İsveçrənin ən keyfiyyətli təhsil verən müəssisələrindən biridir. Biznes məktəbi tələbələrin müəllimlərlə birgə iş mühitində təcrübə qazanmasına önəm verir, eləcə də keys araşdırmaları kimi praktiki bilikləri onlara ötürür. Kiçik ölçülü sinif otaqları ilə tələbələr akademik və peşəkar uğurları təmin edən fərdi öyrənmə təcrübəsini yaşayırlar, müəllim və akademik heyətdən individual diqqət alırlar.

Təhsil müəssisəsi dünyada aşağıdakı akademik institutlarla əməkdaşlıqlara malikdir:
BƏƏ-də “Al Tareeqah Management Studies”
Hong Kongda “Hong Kong Management Association”
Myanmarda “Pacific Prime School”
Riqada “BA School of Business and Finance”
Almatıda “EurAsia Business School”
Yeni Dehlidə “IILM Institute of Higher Education”
Vyetnamda “Institute Development & Exchange for Applied Sciences (IDEAS)”

Studynet Group tələbələrin beynəlxalq biznes təhsili əldə etməsinə kömək edən dünya üzrə prestijli universitetlərin Azərbaycandakı rəsmi təmsilçisidir. Ən yeni və inkişafa açıq universitetlərdə təhsil almaq istəyirsinizsə, bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.