Tam ödənişli Ph.D. təqaüdü ilə Çin mədəniyyətini kəşf etmək vaxtıdır!

06 Fevral 2024

Tam ödənişli Ph.D. təqaüdü ilə Çin mədəniyyətini kəşf etmək vaxtıdır!

Əlaqə

Beynəlxalq Elm Təşkilatları Alyansının (ANSO), Çin Elmlər Akademiyasının (CAS) və Ümumdünya Elmlər Akademiyasının (TWAS/UNESCO) birgə təklif etdiyi tam ödənişli təqaüd Ph.D. təhsili almaq istəyən tələbələr üçün əla fürsətdir.

ANSO təqaüdü hər il Çin Elm və Texnologiya Universitetində (USTC), Çin Elmlər Akademiyası Universitetində (UCAS) və ya Çin Elmlər Akademiyası (CAS) kimi təhsil müəssisələrində oxuyan 200 Magistr və 300 Ph.D. tələbəsini dəstəkləyir.
ANSO təqaüd proqramı ərizəçi tələbələrin bu sahələr üzrə maraqlı olmasını gözləyir:

  • Kənd təsərrüfatı elmləri
  • Struktur, Hüceyrə və Molekulyar Biologiya
  • Bioloji Sistemlər və Orqanizmlər
  • Tibb və Sağlamlıq Elmləri daxil olmaqla.
  • Nevrologiya
  • Kimya Elmləri
  • Mühəndislik Elmləri
  • Astronomiya, Kosmos və Yer Elmləri
  • Riyaziyyat elmləri
  • Fizika
  • İctimai və İqtisadiyyat Elmləri

Tam ödənişli təqaüd şansından yararlanmaq üçün son tarix 15 fevral, 2014-cü ildir. Təqaüd proqramına ev sahibliyi edən ölkə Çindir. Təqaüd üçün müraciət edən tələbələr minimum MSc dərəcəsinə sahib və maksimum 35 yaşda olmalıdırlar.
Ph.D. təqaüdü nəyi əhatə edir?

  • Təhsil haqqının qarşılanması
  • Aylıq təqaüd (6,000 və ya 7,000 CNY. Bu təqaüd qazanan tələbənin universitet tərəfindən təşkil edilmiş ixtisas imtahanından keçib-keçməməsindən asılı olaraq dəyişə bilər)
  • Sağlamlıq sığortası
  • Ərizə ödənişindən imtina
  • Çinə beynəlxalq səyahət haqqı
  • Viza Beynəlxalq Elm Təşkilatları Alyansı (ANSO) 2018-ci ildə təsis edilmiş beynəlxalq təşkilatdır. Qurucu üzvlərə dünya üzrə 37 elmi müəssisə, universitet və beynəlxalq təşkilatlar daxildir. ANSO-nun məqsədi elm və texnologiya sahəsində regional və qlobal potensialı təkmilləşdirməkdir.

Müraciət edənlər:

  • Çin vətəndaşlığına malik olmamalı;
  • İngilis və ya çin dillərini bilməli;
  • USTC/UCAS-ın beynəlxalq tələbələri üçün qəbul meyarlarına cavab verməlidirlər.

ANSO təqaüdü haqqında ətraflı məlumat toplamaq və müxtəlif akademik proqramlar üzrə ən son yeniliklərdən xəbərdar olmaq üçün Studynet Group-un təcrübəli mütəxəssisləri ilə əlaqə qurmaqdan çəkinməyin.

© 2020 SNG, All Rights Reserved.