Tələbələr üçün fürsət: 2024-cü ildə Böyük Britaniyanın ən yaxşı universitetlərində təqaüdlər

27 Aprel 2024

Tələbələr üçün fürsət: 2024-cü ildə Böyük Britaniyanın ən yaxşı universitetlərində təqaüdlər

Əlaqə

2024-cü ildə biznes, hüquq, sosial elmlər və ya mühəndislik üzrə dərəcə almaq istəyən tələbələr Böyük Britaniyanın bu universitetlərində təqaüd qazana bilər.

Qeydiyyat 22 aprel - 5 may 2024-cü il tarixləri arasında açıqdır.

14.000 £ ilə 22.000 £ arasında dəyişən təhsil haqqı ilə tələbələr hazırlıq proqramı üzrə təhsil almaq üçün Böyük Britaniyanın bu universitetlərinə daxil ola bilər:
Kaplan International College (KIC) London
Nottingham Trent International College
University of Liverpool International College
University of Nottingham International College
UWE Bristol's International College

Pre-magistr proqramı ilə təhsilini davam etdirmək istəyənlər tələbələr isə “University of Liverpool International College”-də 21.000 və 23.000 £ arasında dəyişən təhsil haqqı ilə biznes, hüquq, sosial elmlər və ya mühəndislik üzrə təhsil ala bilərlər. Bu proqramlar üçün ingilis dili tələbi UKVI IELTS 5.5-dir. Bundan əlavə, kursları müvəffəqiyyətlə başa vuran və 2024-cü ildə yüksək dərəcə əldə edən tələbələr 5.000 £ dəyərində təqaüd qazana bilərlər.

9 Nobel mükafatı laureatı olan “Liverpool” Böyük Britaniyanın aparıcı tədqiqat universitetlərindən biri kimi nüfuzlu “Russell Group”-un üzvüdür. 150-dən çox ölkədən 40.000-dən çox tələbə icması ilə “University of Nottingham” Böyük Britaniya, Malayziya və Çində kampusları olan qlobal bir universitetdir. Böyük Britaniyanın ən firavan və canlı şəhərlərindən birində yerləşən UWE Bristol, 166 ölkədən 38,000-dən çox tələbəyə ev sahibliyi edən akademik mərkəzdir. Dünyanın ən böyük dil məktəbləri arasında olan “Kaplan”, Avropa, Şimali Amerika və Asiya-Sakit okean regionunda ingilis, alman və fransız dilləri üzrə təlim proqramları vasitəsilə tələbələrə təhsil və karyeralarını zənginləşdirməyə kömək edir.

Qeyd edək ki, bu təqaüd mükafatı və endirimlər yalnız StudyNet Group tələbələri üçün keçərlidir.

StudyNet Group tələbələrə öz ölkələrindən kənarda akademik axtarışları zamanı fərdi dəstək təklif edirik. Bizim xidmətlərimizə doğru universitet və ya kolleci seçimi, müraciət prosesində köməklik, viza müraciətlərinə dəstək, mənzil və yaşam yeri ilə bağlı məsləhətlər daxildir. Studynet Group-un məqsədi tələbələrə akademik məqsədlərinə çatmaqda və beynəlxalq akademik təcrübələrindən maksimum yararlanmaqda kömək etməkdir.

© 2020 SNG, All Rights Reserved.