Bakıda İsveçrədə təhsil seminarı: İstirahət, turizm, biznes və daha çoxu!

Çərşənbə axşamı, 05 Mart 19:00

Bakıda İsveçrədə təhsil seminarı: İstirahət, turizm, biznes və daha çoxu!

Əlaqə

JW Marriott Absheron Baku

Top İsveçrə universitetləri Glion və Les Rocher Bakıya gəlir.

Güclü biznes karyerası qurmaq istəyirsənizsə, İsveçrənin elit istirahət və turizm təhsilini kəşf etməyə hazır ol!

Top İsveçrə universitetləri Glion və Les Rocher Bakıya gəlir.

Tarix: 5 mart, 2024
Saat: 19:00
Məkan: JW Marriott Absheron Baku
İştirak ödənişsizdir.

StudyNet Group tələbələri beynəlxalq turizm, biznes və innovasiya dünyasına səyahət etməyə dəvət edir. Siz bu seminarda prestijli universitetlərin bakalavr, magistr dərəcələri, yay məktəbi və təcrübə proqlamları haqda hər şeyi öyrənəcəksiniz. “Sommet” təhsil nümayəndəsi sizə universitetlər, onların üstünlükləri barədə məlumat verəcək və suallarınızı cavablandıracaq. Glion universitetinin və Les Rocher akademiyasının onlayn proqramları, habelə sertifikatları haqda dolğun informasiya əldə edəcəksiniz.

“Glion Institute of Higher Education” biznes və qonaqpərvəlik idarəçiliyi sahəsində dünyanın ən yaxşı ixtisaslaşmış məktəblərindən biridir.

1962-ci ildə əsası qoyulmuş təhsil müəssisəsinin İsveçrə və Böyük Britaniyada 3 kampusu yerləşir. 90-dan çox milləti təmsil edən tələbələr “Glion Institute of Higher Education”da bakalavr və magistr dərəcələri üzrə təhsil alırlar. Bundan əlavə institutun yay məktəbi, təcrübə proqramları, vorkşopları, xarici peşəkarlar tərəfindən tədris olunan ingilis dili kursları da fəaliyyət göstərir.

Bakalavr:
Beynəlxalq qonaqpərvərlik biznesi (BBA)
Lüks biznes üzrə bakalavr dərəcəsi (BBA)

Magistr:
Qonaqpərvərlik biznesində liderlik (MSc)
Daşınmaz əmlak, maliyyə və otel idarəçiliyi (MSc)
Qonaqpərvərlik, sahibkarlıq və innaovasiya (MSc)
Lüks idarəetmə və qonaqpərvərlik təcrübəsi (MSc)

70 ildir ki, “Les Roches” qonaqpərvərlik, turizm və biznes sahəsində birinci dərəcə keyfiyyətli təhsil verir. Təhsil müəssisəsinin tələbələrinin 98%-i məzun olduqdan sonra mükəmməl karyera ilə təmin olunurlar. “Le Roches” 5 ulduzlu QS reytinqinə sahibdir, eyni zamanda Yale və Harvard universitetləri ilə eyni “NECHE” akkreditasiyasını paylaşır. Təhsil müəssisəsinin hazırda İspaniyanın Marbella şəhərində və İsveçrənin Krans-Montana şəhərində kampusu var.

Les Rocher akademiyasının onlayn proqramları və sertifikatları:

Qlobal qonaqpərvərlik menecmenti üzrə MBA
Beynəlxalq hotel menecmenti üzrə magistr
Lüks menecmenti və qonaqpərvərlik üzrə magistr
Qonaqpərvərlikdə liderlik üzrə magistr

Yerlər məhduddur, qeydiyyatdan keçməyə tələsin!

Ətraflı məlumat və seminarda iştirak etmək üçün Studynet Group ilə əlaqə saxlaya bilərsiniz.

JW Marriott Absheron Baku

© 2018 SNG, All Rights Reserved.