HAN University of Applied Sciences: Açıq Qapı gününü özün yarat!

Şənbə, 23 Mart 13:00

HAN University of Applied Sciences: Açıq Qapı gününü özün yarat!

Əlaqə

Onlayn

Xaricdə təhsil almağı düşünürsünüz, amma nə istədiyinizdən əmin deyilsiniz?

Xaricdə təhsil almağı düşünürsünüz, amma nə istədiyinizdən əmin deyilsiniz?

HAN universiteti Niderlandın ən böyük təhsil təminatçılarından biridir və ingilis dilində tədris edən ən yaxşı Niderland universitetlərindən biridir.

Tarix: 23 mart 2024
Saat: 10:00 – 16:00 (CET)
Məkan: onlayn

Tədbirdə iştirak etmək istəyənlər, linkdən keçid edə bilər.

Kurikulum, tələbə həyatı, maraqlandığınız dərəcə proqramları və karyera perspektivlərini araşdıra bilərsiniz. İnteraktiv sessiyalarda ekspertlər və beynəlxalq tələbələr dərslər, kampus həyatı, tələbə dəstəyi, qəbul prosesləri, vizalar, yaşayış yeri kimi mövzuları müzakirə edəcəklər.

1996-cı ildə yaradılmış “HAN University of Applied Sciences”, kiçik Arnhem şəhərində yerləşən ali təhsil müəssisəsidir. 100 müxtəlif ölkədən 1800-dən çox beynəlxalq tələbə HAN universitetində təhsil alır. HAN-ın 2 kampusu, Arnhem kampusu və Nijmegen kampusu var. Universitet tamamilə ingilis dilində tədris olunan beynəlxalq tələbələr üçün 9 bakalavr və 6 magistr proqramı təklif edir. 2022-ci ildə HAN universiteti “tətbiqi elmlər universitetləri” kateqoriyasında 7-ci yerdə qərarlaşıb.

“HAN” iqtisadiyyat, idarəetmə, təhsil, səhiyyə, İKT və texnologiya kimi müxtəlif sahələrdə bakalavr, magistr, Ph.D. və digər dərəcə proqramları, eynilə kursları təklif edir. Virtual tədbirdə bu proqramlar üzrə təşkil olunmuş onlayn otaqlara keçid edə bilərsiniz.

  • Avtomativ mühəndislik (Bakalavr)
  • Kimya (Bakalavr)
  • Dairəvi iqtisadiyyat (Magistr)
  • Kommunikasiya (Bakalavr)
  • Elektrik və elektronik mühəndislik (Bakalavr)
  • Quraşdırılmış sistem mühəndislik (Bakalavr)
  • Mühəndislik sistemləri (Magistr)
  • Beynəlxalq biznes (Bakalavr)
  • Beynəlxalq sosial iş (Bakalavr)
  • Həyat elmləri (Bakalavr)
  • Mexaniki mühəndislik (Bakalavr)
  • Molekular bioelmləri (Bakalavr birgə dərəcə proqramı)
  • Molekular həyat elmləri (Bakalavr)

Studynet Group sizin Avropa təhsil macəranıza işıq tutmaq üçün bir çox xidmətləri göstərməkdən məmnundur. Niderlandda təhsil ilə maraqlanırsınızsa, ətraflı məlumat üçün əlaqə saxlamaqdan çəkinməyin.

Onlayn

© 2018 SNG, All Rights Reserved.