Psixologiya üzrə magistr oxumaq istəyən tələbələrin nəzərinə – University of Reading vebinar

Çərşənbə, 28 Fevral 16:00

Psixologiya üzrə magistr oxumaq istəyən tələbələrin nəzərinə – University of Reading vebinar

Əlaqə

Online

Psixologiya sahəsində peşəkar karyera qurmaqda maraqlısınızsa, bu vebinar sizin üçündür.

Psixologiya sahəsində peşəkar karyera qurmaqda maraqlısınızsa, bu vebinar sizin üçündür.

Bu vebinar “Reading” Universitetinin psixologiya və klinik dil elmləri məktəbinin təklif etdiyi “MSc Psychology Conversion” proqramı haqqında daha çox öyrənmək imkanı verəcək. Siz psixologiya və klinik dil elmləri məktəbində mövcud olan imkanlar, o cümlədən daxili klinikalar və müstəqil tibbi mərkəzlər haqqında öyrənəcəksiniz.

Tarix: Çərşənbə, 28 fevral, 2024
Saat: 4:00 PM - 5:00 PM (+04)
Məkan: onlayn
Linkə keçid edin.

“Reading” şəhəri Böyük Britaniyada ən ixtisaslı kadrlara malikdir: onun sakinlərinin 28 faizi ali təhsillidir. Beləliklə, “Reading” Universitetinin hər beşinci tələbəsi məzun olduqdan sonra şəhərdə işləyir. Universitet İngiltərənin cənub-şərqində, Londonun mərkəzindən qatarla 25 dəqiqəlik məsafədə yerləşən Top 30 Böyük Britaniya Universitetidir.
Təqdimatdan sonra proqramla bağlı ətraflı sual-cavab sessiyası keçiriləcək.

Vebinarda aşağıdakı mövzular əhatə olunacaq:
• Psixologiya və klinik dil elmləri məktəbində mövcud olan imkanlar, o cümlədən daxili klinikalar və müstəqil tibbi mərkəzlər haqqında öyrənəcək;
• “MSc Psychology Conversion” proqramının strukturu, modulları, tədrisi və qiymətləndirmə metodları haqqında anlayışlar əldə edəcək;
• Proqrama qəbul tələbləri, karyera fürsətləri və təqaüdlərlə tanış olacaqsınız.

Tələbələr müxtəlif fənlərdən 250-dən çox bakalavr kursu arasından seçim edə bilərlər. “Reading” universiteti bakalavr tələbələrinə dünya üzrə tərəfdaş institutlarda bir sıra xaricdə təhsil imkanları təklif edir və bütün tələbələr institusional dil proqramı vasitəsilə təhsilləri ilə yanaşı ödənişsiz dil öyrənə bilərlər. Hazırda dillərə ərəb, çin mandarin, fransız, alman, müasir yunan, italyan, yapon, rus, ispan, ingilis və işarə dili daxildir.

Əlavə məlumat və müraciət etmək üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin. Studynet Group arzularınıza ən qısa zamanda çatmağınıza kömək etmək üçün sizə hər cür kömək etmək üçün həmişə hazırdır.

Online

© 2018 SNG, All Rights Reserved.