SNG XARİCDƏ TƏHSİL SƏRGİSİ - YAZ 2024

Şənbə, 06 Aprel 12:00

SNG XARİCDƏ TƏHSİL SƏRGİSİ - YAZ 2024

Əlaqə

Baku, Azerbaijan

TOP reytinqli təhsil müəssisələri ilə ilin ilk sərgisində görüşün və gələcək istiqamətinizi müəyyən edin!

Dünyanın yüksək reytinqli 100 universiteti Bakıya gəlir!

Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istəyirik ki, Studynet Group akademik gələcəyini prestijli beynəlxalq təhsil müəssisələrində görən gəncləri 6 aprel ilin ilk irimiqyaslı təhsil sərgisinə dəvət edir.

Sərgi 8-11-ci sinif şagirdləri, abituriyentlər, tələbələr və onların valideynləri üçün açıqdır.

Studynet Group şirkəti ABŞ, Birləşmiş Krallıq, Kanada və Avropanın bir çox ali təhsil müəssisələri, təhsil mərkəzləri, dil kursları ilə sıx əməkdaşlıqlar qurmuş və yaranan bu uğurlu tərəfdaşlıqlar sayəsində, Azərbaycanlı gənclərin yüksək səviyyəli beynəlxalq təhsil almasına dəstək verir.

İllərdir silsilə tədbir olaraq keçirilən StudyNet Xaricdə Təhsil Sərgisi minlərlə tələbənin xaricdə təhsil almasına və arzularını gerçəkləşdirməsinə yol açmışdır. 10 ildən artıq peşəkar təcrübəyə sahib təhsil məsləhətçiləri sizə universitet və akademik proqram seçimində yardımçı olmağa, həmçinin elmi dərəcələrinizə və xəyalını qurduğunuz ali təhsilə ən uyğun olan variantı seçməkdə köməklik göstərməyə hazırdılar.

Beynəlxalq reytinqli universitetləri bir ünvanda toplayacaq “Xaricdə Təhsil Sərgisi” Landmark Baku-da keçiriləcəkdir. Sərgidə iştirak etməklə siz, 150+ beynəlxalq reytinqli universitet və məktəbin təmsil olunduğu, 30+ ABŞ, Böyük Britaniya, Hollandiya, İspaniya, İtaliya, İsveçrə, Kanada və digər ölkələrdən olan universitetlərin rəsmi nümayəndələri ilə birbaşa görüşə, sizə uyğun proqram seçimi haqqında, eləcə də, tam və ya qismən ödənişli təqaüdlər, təhsil haqqı, endirimlər, proqram üstünlükləri və qazanacağınız təcrübə haqqında geniş məlumat ala bilərsiniz.

Tarix: 6 aprel, 2024-cü il
Saat: 12:00-dan 17:00-dək
Qeyd: Sərgini ziyarət ödənişsizdir, qeydiyyat isə zəruridir.
Ünvan: Landmark Baku, Rotunda zalı

6 Aprel 2024 Xaricdə Təhsil Sərgisində aşağıda sadalan universitetlər rəsmi şəkildə təmsil olunacaqdır:

  • University of Westminster
  • Schiller International University
  • Solent University
  • Middlesex University
  • Northumbria University
  • University of South Wales
  • London Metropolitan University
  • University of Roehampton
  • Heriot-Watt University
  • Kaplan International Pathways
  • Coventry University
  • Cardiff Sixth Form College
  • Essex University
  • Edinburgh University
  • University of East London
  • Corvinus University of Budapest
  • EU Business School
  • Hult International Business School
  • Swiss School of Business and Management Geneva
  • Webster University Geneva
  • City, University of London
  • Duke Education
  • Barton Business School
  • QA Higher Education
  • Barcelona Executive Business School / BEBS

StudyNet Group-un təşkilatçılığı ilə baş tutacaq 2024 Xaricdə Təhsil Sərgisində iştirak edərək sizin üçün doğru olan universiteti seçməyə tələsin.

TOP reytinqli və etibarlı təhsil müəssisələri ilə görüşmək və gələcək istiqamətinizi müəyyən etmək fürsətini qaçırmayın!

Baku, Azerbaijan

© 2018 SNG, All Rights Reserved.