Şotlandiyanın ən qədim universiteti: St Andrews’də virtual açıq qapı tədbirinə qoşulun!

Çərşənbə axşamı, 12 Mart 09:00

Şotlandiyanın ən qədim universiteti: St Andrews’də virtual açıq qapı tədbirinə qoşulun!

Əlaqə

Onlayn

15-ci əsrin əvvəllərində əsası qoyulan “St Andrews” Şotlandiyanın ilk universiteti və dünyada ingilis dilli üçüncü ən qədim universitetdir.

Şotlandiyada magistr və ya Ph.D. təhsili ilə bağlı virtual “Açıq Qapı” günü “St Andrews” universiteti ilə tanışlığınız üçün əsl fürsətdir.

Tarix: 12 mart 2024
Saat: 9:00 - 10:00 (Avropa/London)
Məkan: onlayn

Ətraflı məlumat və qeydiyyatdan keçmək üçün linkdən keçid edə bilərsiniz.

15-ci əsrin əvvəllərində əsası qoyulan “St Andrews” Şotlandiyanın ilk universiteti və dünyada ingilis dilli üçüncü ən qədim universitetdir.

Tədbir zamanı siz;
akademik heyətlə görüşmək,
tələbə həyatı haqqında daha çox məlumat əldə etmək,
yaşayış haqqında məlumat əldə etmək,
müraciət prosesini və müraciət etdikdən sonra nə baş verdiyini öyrənmək,
ödənişləri, maliyyələşməni və təqaüdləri haqda dolğun məlumata sahib olmaq şansını qazanacaqsınız.

Şotlandiya və Böyük Britaniya universitetləri arasında beynəlxalq universitetlərdən biridir. Universitet tələbələri arasında 180-dən çox ölkə təmsil olunur, onlar Avstraliya, Yeni Zelandiya, Honq-Konq, Sinqapur, Kanada və ABŞ-da maraqlı mübadilələrdə iştirak etmək və ya xaricdə təhsil almaq şansına malikdirlər.

Universitet “Guardian University Guide 2023” tərəfindən Böyük Britaniyanın ən yaxşı universiteti və “The Times və Sunday Times Good University Guide 2023” tərəfindən ilin Şotlandiya universiteti seçilib.

Bakalavr proqramları:

  • İngilis dili
  • Kinoşünaslıq
  • Beynəlxalq münasibətlər
  • Riyaziyyat
  • Fəlsəfə
  • Sosiologiya
  • Biokimya
  • Kompüter elmləri
  • Coğrafiya
  • Menecment
  • Psixologiya

Magistr proqramları:

  • Yaradıcı yazı
  • Sağlamlıq psixologiyası
  • Davamlı inkişaf və beynəlxalq təhlükəsizlik tədqiqatları
  • Ətraf mühitin idarə edilməsi
  • Neyrologiya
  • İnformasiya texnologiyaları
  • Jurnalistika,
  • Təhsil və
  • İctimai səhiyyə

Ph.D. və müxtəlif dillər, fotoqrafiya, yaradıcı yazı və rəqəmsal marketinq kimi mövzularda davamlı təhsil, eləcə də onlay tədris proqramları, biznes, təhsil və psixologiya kimi sahələrdə distant təhsil imkanlarından yararlana bilərsiniz.

Studynet Group Böyük Britaniyanın bir çox universitetləri ilə sıx əməkdaşlıq edir, sizin təhsil xəyallarınızı gerçəkləşdirməyinizə kömək etməyə hazırdır. Ətraflı məlumat üçün əlaqə saxlamaqdan çəkinməyin.

Onlayn

© 2018 SNG, All Rights Reserved.